Şəhidlər dəfn olundu - FOTOLAR

15:48 - 01 Dekabr 2021

Şəhidlər dəfn olundu - FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində şəhid olan 14 hərbçi dəfn olunub.

 

Manset.az xəbər verir ki, onlardan 11-nin cənazəsi II Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

Yaylım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev mərasimdə iştirak edib. 

Digər üç şəhid - polkovnik Fizuli Cavadov Zirə qəsəbəsində, kapitan Xəyyam Əliyev Əmircan qəsəbəsində, baş leytenant Fərid Nağıyev isə Beyləqan rayonunda dəfn olunub.

 

qafqazinfo.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az