Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Hüseynov Şahin Şəmsəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, əslən Gədəbəy rayonundan olan Şahin Hüseynov Vətən müharibəsi iştirakçısı olub.
O, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Kəlbəcərin azad olunması görə" medalı ilə təltif edilib.