Yay aylarında meyvə-tərəvəzə tələbat artır, lakin onların tez xarab olması böyük problemə çevrilir.
Manset.az-ın əldə etdiyi məlumata görə, mütəxəssislər bildirirlər ki, məhsulların plastik torbalarda saxlanması çürüməni sürətləndirir. Bunun əvəzinə onları mətbəx salfetlərinə bükmək və bir-birinə toxundurmadan yerləşdirmək tövsiyə olunur.
Soyuducuda üst-üstə yığılmış meyvə və tərəvəzlər hava dövranına imkan vermir və tez xarab olur. Şüşə qablar isə məhsulların təravətini qorumaq üçün ən yaxşı seçimdir.
Banan, şaftalı, avokado, göbələk kimi məhsullar xüsusilə, həssasdır. Düzgün saxlanma ilə israfın qarşısını almaq mümkündür.