Xəstə azyaşlıya yardım üçün toplanan pulu oğurladı - VİDEO

17:55 - 03 Mart 2026

Xəstə azyaşlıya yardım üçün toplanan pulu oğurladı - VİDEO

Ağır xəstəlikdən əziyyət çəkən azyaşlıya yardım məqsədilə toplanan pulu talayan şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyindən Manset.az-a verilən məlumata görə, Nəsimi rayon sakini olan bir nəfər ağır xəstəlikdən əziyyət çəkən azyaşlı övladı üçün maddi yardım toplanması məqsədilə sosial şəbəkələrdə paylaşdığı bank kartının məlumatlarının informasiya texnologiyalarından istifadə olunmaqla oğurlanması barədə polisə məlumat verib.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Orxan Hacıyev müəyyən edilərək saxlanılıb.

O.Hacıyev ifadəsində həmin bank kartının konfidensial məlumatlarını əldə edərək hesabda olan pul vəsaitini müxtəlif kartlara köçürdüyünü və sonradan nağdlaşdırdığını bildirib.

Faktla bağlı araşdırma davam etdirilir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az