Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi AYNA rəhbəri Anar Rzayevin qardaşı İlqar Rzayevə məxsus “Van der Val Intl. Transport Bakı” şirkətinə edilən lisenziya “güzəştləri” barədə saytda yayımlanan yazıya münasibət bildirib.
AYNA-dan Manset.az-a verilən məlumata görə, sözügedən şirkətin 4 ildir fəaliyyət göstərmədiyi vurğulanıb. “Şirkət 4 ildir fəaliyyətini dayandırıb. Buraxılış vəsiqəsi və kartları üçün də müraciət etməyib. Qeyd edilən müddət ərzində heç bir icazə bu şirkətə verilməyib. Şirkət icazə üçün müraciət də etməyib”, - deyə AYNA-dan bildirilib.