Sahibkarlar
üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes
rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkəti ilə birgə qadın sahibkarlığının inkişafına yönələn “She’s Next”
qlobal təşəbbüsünün üçüncü
dalğasına start verir.
16
may 2025-ci il tarixindən etibarən başlanan layihə çərçivəsində xanım
sahibkarlar üçün “Uğur hekayəni yarat” təhsil və müsabiqə proqramı keçiriləcək. Proqram 2 kateqoriya üzrə baş tutacaq.
Kiçik və Orta bizneslər: Bu kateqoriyada iştirak üçün illik dövriyyəsi 200
000 manatdan az olmayan sahibkar xanımlar müraciət edə bilərlər.
Mikro bizneslər: Bu kateqoriyada iştirak üçün illik dövriyyəsi 200 000 manatadək olan sahibkar xanımlar müraciət edə bilərlər.
Mükafat
fondu 60 000 manat olan müsabiqə
çərçivəsində iştirakçılar münsifələr heyətinə
bizneslərinin
inkişaf planını təqdim etməlidirlər.
Bundan öncə onlar proqramın 4 əsas mərhələsini tamamlamalıdırlar. Belə ki, ilk
onlayn
tədris mərhələsində iştirakçılar bazar araşdırması,
marketinq və satış, biznes fəaliyyətinin hüquqi aspektləri, strateji planlama və
digər mövzular üzrə video mühazirələrdən
yararlana biləcəklər.
Mühazirələr 21 may 2025-ci il tarixindən etibarən “She’s Next” rəqəmsal platformasında
yerləşdiriləcək.
Mühazirələri
dinləyib test mərhələsini uğurla tamamlayan iştirakçılar 13 iyun 2025-ci il
tarixinədək müsabiqə mərhələsi üçün ərizə verə bilərlər. Bu mərhələdə
iştirakçının motivasiya məktubu və biznesinə dair video təqdimat göndərməsi mütləqdir.
2-ci mərhələnin dəyərləndirməsinin ardından 10 finalçı mentorluq sessiyalarına
qoşulmaq şansı əldə edəcək. Bu mərhələdə Azərbaycanın aparıcı
biznes ekspertləri mentor qismində finalçılarla fərdi sessiyalar
keçirəcəklər.
Final mərhələsi
isə 11 iyul 2025-ci il tarixində Bakıda baş tutacaq. Son mərhələdə finalçılar öz layihələrini peşəkar münsiflər
heyətinə təqdim edəcəklər. Hər kateqoriyada 3 qalib biznesinin inkişafı üçün pul mükafatı əldə edəcək. Üçüncü yerin sahibi 5000
manata, ikinci yerin sahibi 10 000 manata, layihənin birincisi isə əsas mükafata 15 000 manata sahib
olacaq.
Qeyd
edək ki, müsabiqədə iştirak
üçün 10 iyun 2025-ci il tarixinədək
proqramın saytından ərizə
ilə müraciət etmək lazımdır.
Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına
dəstək olur, biznes sahiblərinə
innovativ və rahat məhsullar təqdim edir. Aşağı faizli mikro və biznes kreditləri,
zaminsiz maliyyələşmə imkanları, POS terminallar, sürətli ödəniş sistemləri və
digər rəqəmsal xidmətlər bu imkanlara daxildir. Bank üçün prioritet istiqamətlərdən
biri rəqəmsal xidmətlərin, xüsusilə də mobil bankçılığın inkişafıdır. Azərbaycanda
mikrokreditlərin tam onlayn verilməsini də ilk dəfə Birbank Biznes həyata
keçirib. Biznes kartları vasitəsilə
sahibkarlar bütün biznes xərclərini asanlıqla və nağdsız şəkildə həyata keçirə
bilirlər. Eyni zamanda 300 000 AZN-dək rəqəmsal ani kredit, sürətli və
funksional onlayn bankçılıq, eləcə də lizinq və zəmanət məhsulları ilə müştərilərin
maliyyə ehtiyacları operativ şəkildə qarşılanır. Qeyd edək ki, son iki ildə Birbank Biznes-in
onlayn kanalları vasitəsilə bankın müştərisi olan qadın sahibkarların sayı 1.5
dəfə artıb. Eyni zamanda, qadın sahibkarlara verilən mikro kreditlərin
ümumi məbləği 5 dəfə çoxalıb. Bütün bunlar qadınların biznesə olan marağının və onların maliyyə əlçatanlığına çıxış
imkanlarının genişləndiyini göstərir. Ətraflı məlumat üçün: https://birbank.business/