NOAA-nın Kosmik Hava Proqnoz Mərkəzinin məlumatına görə, 18 may tarixində orta səviyyəli maqnit qasırğası gözlənilir.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu, Günəşdəki AR4087 ləkəsinin 14 mayda baş verdiyi X2.7 sinifli güclü partlayışla əlaqələndirilir.
Bu hadisələr Günəşdə baş verən partlayışlar və tac kütləsinin atılması nəticəsində yaranır, nəticədə Yerə çatan yüklü hissəciklər planetin maqnit sahəsində pozuntulara səbəb olur. Bu cür geomaqnit aktivliklər, xüsusilə meteohəssas insanlar üçün sağlamlıq problemlərinə və texnoloji sistemlərdə nasazlıqlara yol aça bilər.
May ayında gözlənilən maqnit qasırğaları:
16–19 may – Kp indeksi 4 (orta güclü)
18–20 may – Orta intensivlikli qasırğalar
28 may – Güclü maqnit qasırğası
Maqnit qasırğaları meteohəssas insanlarda baş ağrısı, yuxusuzluq, təzyiqin dəyişməsi və ümumi halsızlıq kimi simptomlara səbəb ola bilər. Bundan əlavə, bu hadisələr rabitə sistemlərində, GPS cihazlarında və elektrik şəbəkələrində nasazlıqlara yol aça bilər.
Ən təhlükəli günlər:
Meteohəssas şəxslər bu günlərdə fiziki və emosional yüklənmədən çəkinməli, kifayət qədər istirahət etməlidirlər.
Texniki avadanlıqların qorunması üçün ehtiyat tədbirləri görülməlidir.
Maqnit qasırğalarının təsirini azaltmaq üçün bol su içmək və sağlam qidalanmaq tövsiyə olunur.
Maqnit qasırğalarının təsirlərindən qorunmaq üçün bu tarixlərdə diqqətli olmaq və müvafiq tədbirlər görmək vacibdir.