Bakıda naməlum qadının digər şəxsə qarşı qeyri-adekvat hərəkətlərini əks etdirən görüntülər araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Manset.az-a bildirib ki, polis əməkdaşları tərəfindən görüntüdə əks olunan şəxslərin Binəqədi rayonunda yaşayan qonşular olması müəyyən olunub.
"Hər iki şəxs əqli qüsurludur. Onların sağlamlıq vəziyyəti nəzərə alınaraq barələrində profilaktik tədbirlər görülür", - məlumatda deyilir.
Sözügedən görüntüləri təqdim edirik: