Fonda yeni icraçı direktor təyin edildi - FOTO

10:18 - 26 May 2025

Fonda yeni icraçı direktor təyin edildi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat olub.

Manset.az Banker.az-a istinadən xəbər verir ki, Məmmədov Mail Ağasən oğlu 2025-ci ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun icraçı direktoru vəzifəsinə təyin olunub.
O, 2020-ci ildən etibarən Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru vəzifəsində çalışıb.

2005-2012-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Gəlirlər sektorunda məsləhətçi vəzifəsində çalışıb. 2012-2018-ci illərdə Fondun Nərimanov rayon Gəlirlər sektorunda məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirib.

2018-2019-cu illərdə Fondun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin Pensiya təyinatı sektorunda sektor müdiri vəzifəsində çalışıb.
2019-2020-ci illərdə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında rəis müavini vəzifəsində əmək fəaliyyətini davam etdirib.

Məmmədov Mail 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə-kredit ixtisası üzrə bakalavr dərəcəsi alıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az