İran, ABŞ və İsrailin ölkə ərazisində yerləşən neft-kimya obyektlərinə endirdiyi zərbələrə cavab olaraq, Səudiyyə Ərəbistanında ABŞ şirkətlərinə məxsus neft-kimya müəssisələrinə raketlər və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirildiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, İran Silahlı Qüvvələrinin ABŞ–İsrail hücumlarına cavab xarakterli əməliyyatlarının ilk mərhələsi çərçivəsində Səudiyyə Ərəbistanında yerləşən Amerika şirkətlərinə məxsus neft-kimya obyektləri hədəfə alınıb.
“Sadra”, Exxon Mobil və “Dark Chemical” adlı ABŞ şirkətlərinin Səudiyyə Ərəbistanının şərqində yerləşən Əl-Cübeyl şəhərindəki obyektlərinə zərbələr endirilib.
İranın hücumları nəticəsində adı çəkilən şirkətlərə məxsus müəssisələrdə ciddi dağıntıların baş verdiyi iddia olunur.
Bildirilib ki, bu hücumlar ABŞ və İsrailin İranda yerləşən neft-kimya obyektlərinə qarşı həyata keçirdiyi zərbələrə cavab olaraq təşkil olunub.