3-cü zəvvar qrupu Həcc ziyarətinə yola düşəcək

18:22 - 26 May 2025

3-cü zəvvar qrupu Həcc ziyarətinə yola düşəcək

Üçüncü zəvvar qrupu sabah, yəni 27-i Həcc ziyarətinə yola düşəcək.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

    Onun sözlərinə görə, hər təyyarədə 3 qrup olacaq: "Qrupların hər biri 45 nəfərdən ibarətdir. Zəvvarlar sabah saat 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanına yola salınacaq".

    Qeyd edək ki, bu il Həcc ziyarətinin bir nəfər üçün ziyarət paketi 5 950 ABŞ dolları təşkil edir. Ziyarət yalnız vahid formada və hava nəqliyyatı vasitəsilə həyata keçirilir.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    xidmet.tv
    xidmet.tv