QHT-lər daha bir yeniliyə imza atdılar

20:00 - 02 İyul 2025

QHT-lər daha bir yeniliyə imza atdılar

“Qan Donorları Assosiasiyası” İctimai Birliyi , Adalia Beynəlxalq Qadın Platforması və “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi tərəfindən Respublikada qan donorluğunun inkişafı və qan qohumları arasında nikahların mənfi fəsadları ilə mürabarizə istiqamətində üç tərəfli memorandumun imzalanma mərasimi keçirilib. 


Manset.az xəbər verir ki, yerli QHT və KİV-nin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə genofondun qorunması istiqamətində atılan addımların zəruriliyi eyni zamanda qahum nigahlarının mənfi fəsadları haqqında ictimaiətin geniş maariflənməsi üçün təşəbbüslərin vacibliyi müzakirə olunub. 

Qeyd edək ki, ailə məcəlləsində edilən dəyişikliklər iyun ayının 1-dən etibarən qüvvəyə minir və yaxın qan qohumları arasında nikahlar məhdudlaşdırılır. 

Qan Donorları Assosiasiyası tərəfindən ölkə ictimaiətinin diqqətini mövzuya çəkmək üçün “Qan qohumları arasında nikahların fəsadları” adlı soasila maarifləndirici proqram hazırlanıb. 




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az