Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu - Hərəkət məhdudlaşdırıldı

17:05 - 05 Aprel 2026

Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu - Hərəkət məhdudlaşdırıldı

Bu gün günorta saatlarında Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun Murovdağ ərazisindən keçən hissəsində qar uçqunu qeydə alınıb. 


Bu barədə Manset.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Nəticədə yolun hərəkət hissəsi 10–15 metr hündürlükdə qar kütləsi ilə örtülmüşdür. Hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Bütün aidiyyəti qurumlar baş vermiş hadisə ilə bağlı məlumatlandırılmışdır. Təhlükəsizlik baxımından Toğanalı və Kəlbəcər istiqamətlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Sözügedən istiqamətdə hərəkət edən sürücülərdən xahiş olunur ki, müvəqqəti olaraq Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər avtomobil yolundan istifadə etsinlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az