Moskva və Rusiyanın digər şəhərlərində Azərbaycanın xəbər agentliklərinin saytlarına giriş ilə bağlı problemlər yaranıb.
Manset.az Report.az-a istinadən xəbər verir ki, belə problemlər Moskva, Həştərxan, Volqoqrad, Sankt-Peterburq, Voloqda, Çelyabinsk və digər regionlarda mövcuddur.
Xüsusilə, WiFi və mobil internet vasitəsilə “Global Media Group”un – “Report.az”, “Oxu.az”, “Caliber.az” saytlarına giriş yoxdur. Həmçinin digər xəbər portallarının saytlarına girişlə bağlı problemlər yaşanır.