Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Togg”un sedan modeli olan “T10F”i sınaqdan keçirib.
Manset.az xəbər verir ki, bu haqda türkiyə Prezidentinin “X” hesabında paylaşım olunub:
“Qürurumuz “Togg”un yeni sedan modeli yaxın zamanda vətəndaşlarımıza təqdim olunacaq. Yerli və milli elektrik avtomobilimizi test sürüşü etdik, yollara çıxdıq”.