İlon Mask özünə yeni partiya yaratdı

09:21 - 06 İyul 2025

İlon Mask özünə yeni partiya yaratdı

Amerikalı milyarder və "SpaceX" şirkətinin qurucusu İlon Mask ABŞ-də yeni siyasi partiyanın yaradıldığını bəyan edib.


Manset.az xəbər verir ki, o, bu barədə şəxsi sosial şəbəkəsi X-də keçirdiyi sorğudan sonra açıqlama verib.

Sorğuda iştirak edənlərin 65,4 faizi Maskın partiya yaratmasını dəstəkləyib.

Mask bildirib ki, yeni partiyanın adı “Amerika” olacaq və siyasi təşkilatın əsas məqsədi ölkədə azadlıqları bərpa etməkdir.

“Əgər ölkə israfçılıq və korrupsiya yolu ilə talan edilirsə, bu, artıq demokratiya deyil, birpartiyalı sistemdir. Bu gün "Amerika" partiyası yaradıldı ki, azadlığınızı geri qaytaraq”, - deyə o, paylaşımında vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az