Yanvarın 1-dən maaşımızdan çıxılma belə HESABLANACAQ

00:32 - 10 Dekabr 2021

Yanvarın 1-dən maaşımızdan çıxılma belə HESABLANACAQ

Xəbər verdiyimiz kimi, “Tibbi sığorta haqqında” qanuna ötən il edilmiş dəyişikliklərə görə, 2022-ci ildən etibarən qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 2 faiz icbari tibbi sığorta haqqı tutulacaq.

 

“Qafqazinfo” bu məqamda hər iki sektorda işləyən işəgötürən və işçilərin əməkhaqqından 2022-ci ildən etibarən nə qədər sığorta haqqı tutulacağı ilə maraqlanıb. İcbari Tibbi Sığorta Agentliyindən sorğumuza nümunələr əsasında cavab verilib. Bildirilib ki, 2022-ci ildən etibarən hesablanma qaydası aşağıdakı kimi olacaq.

Nümunə ilə izah edək: 

• İşəgötürən tərəfindən.

İşəgötürən işçiyə aylıq 700 manat əməkhaqqı müəyyən edib. Yəni, işəgötürən işçi üçün həmin məbləğin 2%-i, aylıq 14 manat (700*2%=14) icbari tibbi sığorta haqqı ödəyəcək. 2. İşəgötürən işçiyə aylıq 8500₼ əməkhaqqı müəyyən edib. Bu halda 8000 manatın 2%-i, yəni 160 manat (8000*2%=160), qalan 500 manatın isə 0.5%-i, yəni

 

2.5 manat (500*0.5%=2.5) icbari tibbi sığorta haqqı hesablanır. 

Nəticədə işəgötürən işçi üçün aylıq 162.5 manat icbari tibbi sığorta haqqı ödəyəcək. 

• İşçi tərəfindən 

1. İşçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 700 manatdır. Bu halda, onun əməkhaqqından 2%, yəni aylıq 14 manat (700*2%=14) icbari tibbi sığorta haqqı tutulacaq. 

2. İşçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 8500 manatdır. Bu zaman 8000 manatın 2%-i, yəni 160 manat (8000*2%=160), qalan 500 manatın isə 0.5%-i, yəni 2.5 manat (500*0.5%=2.5) icbari tibbi sığorta haqqı hesablanır. 

Nəticədə işçinin əməkhaqqından aylıq 162.5 manat icbari tibbi sığorta haqqı tutulacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az