Peyvənd olunanların sayı AÇIQLANDI

17:05 - 14 Dekabr 2021

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 799 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manşet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 359, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 153, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 287 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 928 879, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 124 934, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 622 381, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 181 564 təşkil edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az