“Media haqqında” qanun layihəsində Media Reyestrinə daxil edilmiş şəxslər üçün bir sıra güzəşt və imtiyazların müəyyənləşdirilməsi təklif edilir.
Manşet.az layihədə təklif edilən bir sıra güzəştlərin siyahısını təqdim edir:
- media subyektlərinə dövlət orqanları (qurumları) tərəfindən rəsmi elan və sosial reklamların sifarişi;
- media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə layihələrdə iştirakı;
- maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadə;
- sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanma.
Qeyd edək ki, parlamentin bu gün keçirilən plenar iclasında qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Qafqazinfo