"Ermənilər qanunsuz olaraq 100 milyon dollardan artıq vəsait toplayıb"- Kamran Əliyev

18:13 - 14 Dekabr 2021

\"Ermənilər qanunsuz olaraq 100 milyon dollardan artıq vəsait toplayıb\"- Kamran Əliyev

"Ölkəmiz ianə toplanması fəaliyyətinin cinayətkarlıq məqsədləri ilə istifadə olunması faktı ilə də üzləşib".

Manşet.az-ın xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Misirin Şarm-əl-Şeyx şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Assembleyasının 9-cu Sessiyasında çıxışında deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə erməni mənşəli fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycanın suveren ərazilərində terrorçu fəaliyyətin həyata keçirilməsi məqsədilə 100 milyon ABŞ dollardan artıq qanunsuz vəsait toplanıb: "Bununla bağlı Baş Prokurorluq tərəfindən araşdırmalar aparılaraq müvafiq sübutlar əldə edilib".

(Report)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az