Birbank Biznes tərəfindən Azərbaycanda qadın
sahibkarlığının inkişafına dəstək məqsədilə təqdim olunan “She’s Next” biznes
kartı istifadəçilərə müxtəlif imkanlar yaradır. Bu eksklüziv kart həm hüquqi şəxslər,
həm də fərdi sahibkar statusuna malik xanımlar üçün nəzərdə tutulub.
“She’s Next” biznes kartı sahibkar qadınlara manat,
dollar və avro olmaqla üç valyutada sərbəst istifadə imkanı verir. Kart eyni
zamanda əlavə hədiyyələr və bonuslarla zəngin imtiyazlardan faydalanmaq imkanı
yaradır.
Kart istifadəçiləri üçün əlavə üstünlüklər də nəzərdə
tutulub: POS ödənişləri və bankomatdan nağd vəsait çıxarışı üzrə aylıq dövriyyə
limitlərini keçdikdə, istifadəçilərə müəyyən
məkanlardan kuponlar təqdim olunur.
“She’s Next” kartını əldə etmək istəyən sahibkar
xanımlar Birbank Biznes-in rəsmi internet saytına və ya mobil tətbiqə daxil
olaraq onlayn sifariş verə bilərlər. Bu kart sahibinə yalnız maliyyə əməliyyatlarında
deyil, həm də biznes fəaliyyətində daha geniş perspektivlər və yeni təcrübələr
vəd edir.
Kart haqqında ətraflı məlumat: www.b-b.az/bbbv
Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes
Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin
inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim
edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt
canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək
imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya
896 məlumat mərkəzinə zəng edin.