Bu ərazilərdə işıq olmayacaq – 4 gün

20:40 - 14 Sentyabr 2025

Bu ərazilərdə işıq olmayacaq – 4 gün

Babək rayonunun Cəhri qəsəbəsində elektrik enerjisinin verilişində fasilələr olacaq.


Manset.az xəbər verir ki, 15-19 sentyabrda rayonunun Cəhri qəsəbəsi və Gülşənabad kəndində elektrik enerjisinin verilişində gün ərzində fasilələr olacaq.

Bu müddət ərzində 35/10 kV-luq Cəhri yarımstansiyasından qidalanan 10 kV-luq Cəhri-1, Cəhri-2 və Cəhri-3 hava xətlərində payız-qış mövsümünə hazırlıq tədbirləri həyata keçiriləcək.

Plan üzrə xətlərə toxunan ağacların kəsilməsi, boş sallanmış naqillərin çəkilərək bərkidilməsi, KTM-lərin (komplekt transformator məntəqələri) təmiri və ətrafının təmizlənməsi işləri görüləcək.

Bununla əlaqədar olaraq, Cəhri qəsəbəsi və Gülşənabad kəndində elektrik enerjisinin verilişi arabir dayandırılacaq. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az