Sabahdan bu prospektdə təmir işləri Aparılacaq

19:52 - 15 Dekabr 2021

Sabahdan bu prospektdə təmir işləri Aparılacaq

Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə sabahdan başlayaraq dekabrın 18-nə qədər Bakının 8 Noyabr prospektində cari təmir işləri aparılacaq.

Bu barədə Manşet.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

"Sürücülərdən qeyd olunan vaxt çərçivəsində sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə qurum bəyan edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az