“WhatsApp” növbəti yeniliyini istifadəçilərin ixtiyarına verib.
Manşet.az xəbər verir ki, bu barədə mesencerin Tvitter səhifəsində bildirilib.
İstifadəçilər artıq səsli mesajları göndərməmişdən əvvəl dinləyə bilərlər. Bunun üçün səsi yazmaq üçün düyməni sıxıb yuxarı qaldırmaq lazımdır. Açılan pəncərədə isətdiyiniz anda səsin yazılmasını dayandıra, silə və ya göndərə bilərsiniz.