Azərbaycanda qeydiyyatda olan narkomanların SAYI

18:56 - 17 Sentyabr 2025

Azərbaycanda qeydiyyatda olan narkomanların SAYI

2024-cü ilin sonuna dispanser qeydiyyatında olan narkotik istifadəçilərinin sayı 40490 nəfər olub.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumat təsdiq olunan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin təqdim etdiyi məlumata görə, onlardan 39485 nəfəri kişi, 1005 nəfəri isə qadındır. 

Qeydiyyatda olanların 20182 nəfəri opioidlərin, 8611 nəfəri kannabinoidlərin, 11697 nəfəri isə eyni zamanda bir neçə narkotik maddənin qəbul edilməsi nəticəsində psixi və davranış pozuntuları yaranmış şəxslərdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az