"Omikron" ştamının iki qeyri-adi simptomu Aşkarlandı

21:49 - 15 Dekabr 2021

\"Omikron\" ştamının iki qeyri-adi simptomu Aşkarlandı

Cənubi Afrika Respublikasında dominant olan koronavirusun "omikron" ştamının daha iki əlaməti aşkarlanıb.

Manşet.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Ölkənin ən iri özəl sağlamlıq şirkəti "Discovery Health"in icraçı direktoru Ryan Noaç bildirib ki, "omikron" ştamına yoluxmuş xəstələrdə bel və boğaz ağrıları qeydə alınıb.

Noaç, həmçinin deyib ki, koronavirusun yeni variantı daha az təhlükəlidir.

Qeyd edək ki, yeni "SARS-CoV-2" ştamı ilk dəfə noyabrın 20-də Botsvana və Cənubi Afrikada müəyyən edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az