Heyvanlar üçün də korona vaksini Hazırlandı

22:01 - 15 Dekabr 2021

Heyvanlar üçün də korona vaksini Hazırlandı

ABŞ-da heyvanlara koronavirusdan qorumaq üçün xüsusi vaksin vurulacaq. Peyvənddən ölkədəki zooparklarda istifadə etməyə başlayıblar.

Manşet.az bildirir ki, peyvənd ilk olaraq nəsli tükənməkdə olan heyvanları qorumaq üçün təcili istifadə icazəsi alıb.

ABŞ-ın Arizona ştatındakı Phoenix zooparkının baytarları ziyarətçilərlə yaxın təmasda olan 75 heyvana xüsusi koronavirus peyvəndinin ilk dozasını tətbiq ediblər.

Peyvənd Nyu-Cersidə yerləşən və beynəlxalq heyvan sağlamlığı şirkəti "Zoetis" tərəfindən xüsusi olaraq heyvanlar üçün hazırlanıb. /medicina.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az