Ölkənin
ilk rəqəmsal bankçılıq platforması və milyonlarla insanın gündəlik həyatının
ayrılmaz hissəsinə çevrilən Birbank, ölkədə maliyyə inklüzivliyi sahəsində
tarixi əhəmiyyət kəsb edən yeniliyə imza atdı. Beynəlxalq Jest Dilləri Günündə Azərbaycanın
bank sektorunda ilk dəfə olaraq, eşitmə və nitq məhdudiyyətli müştərilər üçün
“İşarət dili ilə videozəng
xidməti” Birbank mobil tətbiqində istifadəyə
verildi.
Bu
yenilik 3 milyondan çox istifadəçisi olan platformanın eşitmə və nitq məhdudiyyətli
müştəriləri üçün mövcud olan ən fundamental baryerlərdən birini aradan
qaldırması deməkdir. Birbank bu təşəbbüslə bank xidmətini hər kəs üçün əlçatan
etməklə yanaşı, həm
də maliyyə azadlığını fundamental bir haqqa çevirməklə öz liderliyini və sosial
məsuliyyətini təsdiqləyir. Artıq on minlərlə
vətəndaş üçün bankçılıq əməliyyatları üçüncü tərəfin köməyindən asılı, mürəkkəb
bir proses olmaqdan çıxaraq, öz ana dilində qurduğu sərbəst və birbaşa ünsiyyətə
çevrilir.
Bunun
üçün eşitmə və nitq məhdudiyyətli müştərilər Birbank mobil tətbiqindəki xüsusi
bölməyə daxil olmaqla, tam məxfi və təhlükəsiz videozəng vasitəsilə bank
filialına getmədən və ya yazılı ünsiyyətin yaratdığı məhdudiyyətlərlə üzləşmədən
sürətli və effektiv xidmət alacaqlar. Birbaşa və maneəsiz ünsiyyət kanalı vasitəsilə
müştərilər həftəiçi hər gün saat 09:00-18:00
aralığında bank xidmətləri haqqında məlumat ala, təklif və narahatlıqlarını bölüşə bilərlər. Xüsusilə
qeyd etmək lazımdır ki, bu xidməti göstərən əməkdaşlar müştərilərlə peşəkar və
sərbəst ünsiyyət qurmaq məqsədilə 3 ay davam edən intensiv işarət dili təlimlərindən
keçiblər. Bu müddətdə bankın işarət dilini könüllü olaraq öyrənmək istəyən əməkdaşlarına
peşəkar mütəxəssislər tərəfindən 72 saat təlim keçirilib.
Kapital
Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov bu mühüm
hadisə ilə bağlı öz sosial media hesabından fikirlərini bölüşüb: “Bu gün biz
texnologiyanın gücünü insan amili ilə birləşdirərək eşitmə və nitq məhdudiyyətli
müştərilərimiz üçün mövcud olan ən böyük maneələrdən birini aradan qaldırdıq.
Azərbaycanda ilk dəfə “İşarət dili ilə videozəng xidməti” Birbank mobil tədbiqi
vasitəsilə istifadəyə verildi. Biz bu təşəbbüslə təkcə bank sektorunda deyil,
bütün ölkədə inklüziv xidmət mədəniyyətinin inkişafına təkan verəcəyimizə və
digər qurumları bu yolda bizə qoşulmağa ruhlandıracağımıza ümid edirik”.
Videonu
izləmək üçün link: www.b-b.az/bbss
Daim
ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə
nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121
filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin
xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı
altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank
isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul
və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/
saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz.