"Port Baku"nun yanında metro stansiyası olacaq

12:00 - 25 Sentyabr 2025

\"Port Baku\"nun yanında metro stansiyası olacaq

Azərbaycan paytaxtında "Port Baku" kimi tanınan ərazidə yeni metro stansiyasının inşası nəzərdə tutulur.


Manset.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, metronun "Xətai" stansiyasının yaxınlığında "Yaşıl xətt"ə əlavə keçid imkanı yaradılması nəzərdə tutulur.

"Bununla yanaşı, Babək prospekti üzərində şəhər istiqamətində ilk stansiyanın tikintisi həyata keçiriləcək. Sözügedən layihə prospekt boyunca sərnişinlərin hərəkətini asanlaşdıracaq", - deyə metro rəsmisi əlavə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az