"Mətbuatın etibarını satmayın" -  Səməndər Niftəliyev

12:45 - 25 Sentyabr 2025

\"Mətbuatın etibarını satmayın\" -  Səməndər Niftəliyev

"Son günlərdə ölkənin bir çox media subyektlərində xoşagəlməz halların müşahidə olunması ciddi narahatlıq doğurur. Belə ki, hansısa media qurumu hər hansı bir neqativ hadisə ilə bağlı araşdırma apararaq faktlara əsaslanan məlumat dərc edir. Lakin məlumat yayılandan dərhal sonra, xüsusilə sosial şəbəkələrdə müəyyən qədər izləyicisi olan bəzi səhifə adminləri hərəkətə keçir".


Manset.az xəbər verir ki, bu fikirləri Patrulaz.az media şirkətinin rəhbəri Səməndər Niftəliyev bildirib. O, qeyd edib ki, haqqında xəbər yayılan şəxs, qurum və ya şirkət həmin səhifələrlə əlaqə saxlayaraq ödəniş qarşılığında öz qərəzli mövqeyini yaymağa çalışır:

"Əslində isə əgər barəsində xəbər gedən tərəf həqiqətən haqlıdırsa, niyə birbaşa həmin araşdırmanı aparan media qurumuna rəsmi açıqlama təqdim etmir? Cavab sadədir: çünki araşdırmanı aparan media qurumunda həmin məsələ ilə bağlı kifayət qədər dəlil və sübut olur. Verdikləri yalan açıqlama faktlar qarşısında dayana bilməyəcək, nəticədə cəmiyyətin gözündə ifşa olunacaqlar.

Buradan sözüm belə “dırnaq arası jurnalistlərə” və sosial mediada müəyyən qədər izləyicisi olan adminlərədir: özünüzə hörmət etmirsinizsə, heç olmasa bu millətə hörmət edin. Unutmayın ki, siz və sizin ailə üzvləriniz də bu millətin bir parçasısınız. Aldığınız hər bir ödəniş, yazdığınız hər bir sifarişli açıqlama təkcə medianın yox, bütövlükdə cəmiyyətin etibarına zərbə vurur" - deyə S.Niftəliyev qeyd edib.






Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az