Ölkənin birinci bankı Kapital Bank müştəri
məmnuniyyəti və xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi
“Müştəriyönümlü transformasiya” layihəsi ilə beynəlxalq arenada növbəti böyük
uğura imza atıb. Bank dünyanın ən nüfuzlu mükafat proqramlarından olan “Globee–Innovation
Awards” tərəfindən “Customer Success–Outstanding Achievement of the Year” “Müştəri
uğuru–İlin görkəmli nailiyyəti” kateqoriyasında qızıl mükafata layiq görülüb.
Bununla yanaşı, bank eyni kateqoriyada bütün
beynəlxalq rəqibləri arasında ən yüksək balı toplayaraq “Best of Category”-
“Kateqoriyanın ən yaxşısı” xüsusi mükafatını da qazanıb. Bu nailiyyət bankın
müştəri təcrübəsini təkmilləşdirmək üçün tətbiq etdiyi innovativ yanaşmaların
və həyata keçirdiyi uğurlu layihələrin beynəlxalq səviyyədə tanınmasının bariz
nümunəsidir.
Qeyd edək ki,
2003-cü ildən təşkil olunan və qlobal biznes ictimaiyyətində yüksək nüfuza
malik olan “Globee Awards” proqramı
müxtəlif sahələrdə innovasiya, liderlik və müştəri təcrübəsi kimi
istiqamətlərdə əldə edilən üstün nailiyyətləri qiymətləndirir.
Builki müsabiqədə 4 əsas və 1666 alt kateqoriya üzrə
dünyanın müxtəlif ölkələrindən startaplar, KOBİ-lər, böyük şirkətlər və dövlət
qurumları iştirak edib.
Kapital Bank-ın Bank Əməliyyatları Ofisinin
lideri Məhəmməd İbrahimov qazanılan uğurla bağlı fikirlərini bölüşüb: “Biz “Müştəriyönümlü Transformasiya”
layihəmizlə müştərilərimizə ən yüksək standartlara cavab verən, sürətli və
şəffaf xidmət göstərməyi hədəfləyirdik. Beynəlxalq səviyyədə ən yaxşılar
arasında seçilməyimiz, komandamızın peşəkarlığının və müştərilərimizə olan
diqqətimizin nəticəsidir. Bu nailiyyət bizi gələcəkdə daha innovativ həllər
tətbiq etməyə və müştəri məmnuniyyətini daha da yüksəltməyə ruhlandırır.
Birlikdə daha böyük uğurlar qazanacağımıza inanıram”.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və
Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az saytına,
196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.