Birbank müştəriləri üçün unikal imkanların əhatəsini genişləndirir.
Belə ki, artıq Kapital Bank-a məxsus əməkhaqqı və təqaüd kartları ilə edilən
ödənişlər də bonus qazandırır. Bunun üçün Birbank mobil tətbiqində uyğun bonus
kateqoriyalarını seçmək yetərlidir. Qeyd edək ki, bonus hər ay mütəmadi olaraq
yenilənir və istifadəçilərə 4 fərqli istiqamətdə bonuslar qazanmaq şansı
yaradır. Bu kateqoriyalara telefon, internet, kommunal və TV ödənişləri,
market, kafe, restoran, taksi, aptek, hotel, YDM və digər xidmətlər daxildir.
Toplanmış bonuslardan Birbank mobil tətbiqi üzərindən kommunal və
mobil ödənişlərdə, eləcə də m10,
Birmarket, BakıKart QR, Trendyol və minlərlə partnyor mağazalarda istifadə
etmək mümkündür. Sentyabr ayından etibarən mərhələli şəkildə tətbiq olunan
yenilik yaxın zamanda daha çox müştəri üçün əlçatan olacaq.
Ətraflı məlumat üçün: birbonus.az
Qeyd edək ki, Bir
ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus – Birbank, m10, Birmarket və
digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda istifadəçilərə bonus
qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradır. Bir ekosistem müştəriləri
Birbonus proqramına avtomatik olaraq qoşulur və bütün imkanlardan yararlanmaq
şansı əldə edir. Bonusları BakıKart biletindən Trendyol sifarişinə, mobil
balansdan Birmarket alış-verişinə qədər rahatlıqla istifadə etmək mümkündür.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.