Yuxusuzluğa səbəb ola bilən təhlükəli xəstəliklər 

01:30 - 27 Sentyabr 2025

Yuxusuzluğa səbəb ola bilən təhlükəli xəstəliklər 

"Yuxusuzluq bir sıra təhlükəli xəstəliklərin əlaməti ola bilər".


Manset.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə somnoloq Rafael Viqnal da Kosta danışıb.

Onun sözlərinə görə, yuxusuzluğa hipertoniya (yüksək qan təzyiqi), ürək çatışmazlığı, şəkərli diabet, yuxuda tənəffüs dayanması (apnoe), xroniki ağrılar və parkinson xəstəliyi səbəb ola bilər. Keyfiyyətsiz gecə yuxusu isə ürək tutması, aritmiya və insult riskini artırır.

Həkim əlavə edib ki, depressiya və təşviş pozuntusu da çox vaxt yuxusuzluğa gətirib çıxarır. Depressiya zamanı insanın yuxusu tez-tez bölünür və o, səhər tez oyanır. Təşviş pozuntusunda isə daxili gərginlik və narahatlıq insana tam dincəlməyə mane olur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az