28 sentyabr tarixində deputat Pərvanə Vəliyeva H.Z.Tağıyev adına kombinatın klubunda, 35 saylı Xətai 3-cü seçki dairəsində yaşayan sakinlər üçün səyyar vətəndaş qəbulu keçirib.
Manset.az xəbər verir ki, qəbula müxtəlif həssas qruplardan: şəhid ailə üzvü, qazilər, təqaüdçülər, ahıllar, sağlamlıq imkanları məhdud şəxslər və s. yaxınlaşaraq müraciətlərini bildiriblər. Vətəndaşların qaldırdıqları məsələlər dinlənilib, ərizələri qəbul edilib. Onların araşdırılıb qanunvericiliyə uyğun baxılması məqsədilə tərəfimizdən aidiyyatı qurumlara müraciət olunacaqdır.
Qeyd edək ki, bu, deputatın sentyabr ayı ərzində keçirdiyi 5-ci vətəndaş qəbulu idi. Növbəti vətəndaş qəbulu isə 9 oktyabr tarixində baş tutacaq. Qəbula yazılmaq üçün vətəndaşlar +994558113330 nömrəsi ilə əlaqə saxlaya bilərlər.