İnnovasiya və sürət lideri “Bakcell” “INMerge” İnnovasiya Sammitində tərəfdaş qismində çıxış edir.
Sammit çərçivəsində “Bakcell”in son dövr innovasiya və süni intellekt əsaslı
interaktiv stendi fəaliyyət göstərir. Stenddə “Bakcell”in təqdim etdiyi
yeniliklər və süni intellekt əsaslı məhsul və xidmətlər barədə məlumat əldə etmək
mümkündür. Bununla yanaşı, ziyarətçilər virtual reallıq (VR) texnologiyasına əsaslanan
interaktiv oyunlarda iştirak edərək müxtəlif prestijli hədiyyələr qazanmaq
imkanı əldə edirlər. Stenddə xüsusilə quraşdırılmış robot-barista iştirakçılara
yeni dövr texnologiyalar vasitəsilə hazırlanan içkilər təqdim edir.
Sammitin ilk günündə “Bakcell”in “Telekom” vertikalında şirkətin baş icraçı
direktoru Klaus Müller və nüfuzlu qlobal liderlərin texnologiya
kommunikasiyaları, rəqəmsal inkişaf və innovasiya ekosisteminin inkişafı
mövzusunda geniş müzakirəsi nəzərdə tutulub.
"PAŞA Holding" tərəfindən 29-30 sentyabr tarixlərində keçirilən
“INMerge” İnnovasiya Sammiti regionda innovasiya, texnologiya və rəqəmsal
transformasiya sahəsində əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi üçün mərkəzi
platformadır. Builki sammitdə “Netflix”, “OpenAI”, “NVIDIA” kimi nəhəng şirkətlərin
rəhbər və nümayəndələri iştirak edir. Tədbirdə 30-dan çox ölkədən 1,000-dən
artıq təsisçi, investor, korporativ lider və siyasətçini bir araya gəlir.
"Bakcell"
haqqında
"Bakcell"
Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət
üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri
ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük
investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ
həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell"
müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti
sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər
qrupunun tərkibinə daxildir.