Yay aylarında işlər planlaşdırıldığı kimi getmədisə və arıqlamağa çalışarkən qarın piyiniz daha da artdısa, qış gəlməmişdən əvvəl bəzi ehtiyat tədbirləri görə bilərsiniz. Arıqlamağınıza kömək edə biləcək bəzi təbii bitki çaylarını tərtib etdik.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yay aylarında hər kəs fit bədən arzulasa da, bəzən gözləntilərimiz özünü doğrultmur. Əksinə, bəzi insanlar arıqlamağa çalışarkən daha çox çəki alırlar. Bunu tərsinə çevirmək və qış gəlməmiş daha incə bir bədənə sahib olmaq istəyənlər üçün bəzi təbii üsullar var .
Praktik məsləhətlər arasında olan və arıqlamağı sürətləndirə bilən bitki çayları təbii üsullardır. Bu təbii üsullarla siz qış gəlməmiş artıq çəkidən xilas ola bilərsiniz. Sağlam arıqlamanın açarı hesab edilən bəzi təbii üsulları təqdim edirik :
Yaşıl çay: Yaşıl çay tərkibindəki katexin və kofein sayəsində maddələr mübadiləsini gücləndirir. Bu maddələr bədənin enerji xərclərini artırır, daha çox kalori yandırmağa imkan verir. Daimi istehlak xüsusilə qarın bölgəsində yağların azalmasına kömək edir. O, həmçinin immuniteti artırmağa kömək edən antioksidantlarla zəngindir. Məşqdən əvvəl içmək yağ yandırılmasını daha da sürətləndirir.
Şüyüd çayı: Şüyüd çayı həzmə kömək edir və xüsusilə qarın nahiyəsində şişkinliyi azaldır. Onun maddələr mübadiləsini gücləndirən təsiri yağların yandırılmasına kömək edir. O, həmçinin iştahı boğaraq, həddindən artıq yeməyə nəzarət etməyə kömək edir. Yumşaq dadı və sakitləşdirici xüsusiyyətləri ilə şüyüd çayı arıqlamaqda xoş köməkçi ola bilər.
Darçınlı çay: Darçınlı çay qan şəkərini tarazlaşdıran xüsusiyyətləri sayəsində şəkərə olan ehtiyacı azaldır. Bu, gün ərzində lazımsız kalori qəbulunun qarşısını almağa kömək edir, arıqlamağa kömək edir. O, həmçinin maddələr mübadiləsini gücləndirir və yağ yandırılmasını dəstəkləyir. Darçının təbii dadı çayı ləzzətli edir. Daimi istehlak yalnız iştahı idarə etməyə kömək etmir, həm də yağ yandırmağa kömək edir.