"Əgər insan uzun müddət yata bilmir və gecə tez-tez oyanırsa, bəlkə də qidalanmasına yenidən baxmalıdır".
Manset.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə "HuffPost"a somnoloq Ketrin Xoll danışıb və yuxusuzluğa səbəb ola bilən üç məhsul kateqoriyasını açıqlayıb.
Həkimin sözlərinə görə, ilk növbədə axşam vaxtı duzlu yeməklərdən imtina etmək lazımdır. Çünki yüksək duzlu qidalar orqanizmdə maye yığılmasına və təzyiqin qalxmasına səbəb olur. Bunun nəticəsində çips, duzlu fıstıq, bekon və ya turşu kimi qidaları qəbul etdikdən sonra orqanizmin tam şəkildə rahatlaması çətinləşir. Nəticədə insan dərin yatmır və tez-tez tualetə getmək üçün oyanır.
İkinci problem yaradan məhsul qrupu turş qidalardır. Məsələn, pomidor, badımcan, soya sousu, qırmızı şərab və pendirlər. Onların tərkibində çoxlu miqdarda tiramin adlı amin turşusu var. Bu maddə beynin aktivliyini stimullaşdırır və yuxuya getməyə mane olur.
Nəhayət, yuxu problemi yaşayan insanlara həkim acı, ədviyyəli yeməklərdən də uzaq durmağı tövsiyə edir. Çünki müxtəlif ədviyyatlarda və çili bibərində kapsaicin adlı maddə olur. Bu maddə bədənin temperaturunu kəskin şəkildə qaldırır.