Azərbaycanın
aparıcı maliyyə qurumu olan Kapital Bank 29 sentyabr tarixində Frankfurt şəhərində start götürən dünyanın ən
nüfuzlu maliyyə tədbiri olan “Sibos 2025”dəki iştirakına başlayıb. Tədbirin ilk
günündən etibarən bankın nümayəndə heyəti qlobal maliyyənin gələcəyini
formalaşdıran müzakirələrdə aktiv iştirak edir.
Dörd
gün davam edəcək tədbir çərçivəsində Kapital Bank-ın beynəlxalq tərəfdaşlıqları
gücləndirmək və yeni əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə dünyanın
aparıcı bankları ilə bir sıra yüksək səviyyəli görüşlər keçirməsi nəzərdə
tutulub. Görüş planlaşdırılan banklar arasında “ODDO BHF”, “First Abu Dhabi
Bank”, “Banco BPM”, “Mashreq Bank”, “QNB”, “Standard Chartered”, “Raiffeisen
Bank International”, “BNY Mellon” və “Bayerische Landesbank” kimi maliyyə nəhəngləri
yer alır.
Bu
görüşlərin əsas məqsədi mövcud əməkdaşlıqların dərinləşdirilməsi, xəzinədarlıq,
ticarətin maliyyələşdirilməsi və beynəlxalq hesablaşmalar sahəsindəki ən son
trendlərin müzakirəsi, eləcə də Azərbaycanın maliyyə bazarı üçün yeni
imkanların yaradılmasıdır.
Kapital
Bank-ın Xəzinədarlıq Departamentinin direktoru Fərid Əliyev tədbirlə bağlı öz
fikirlərini bölüşüb: “Sibos bizim üçün sadəcə bir tədbir deyil, qlobal maliyyə
ekosisteminin bir parçası olduğumuzu təsdiqləyən strateji bir platformadır. Bu
il də tədbirdə çox zəngin gündəliklə iştirak edirik. Planlaşdırdığımız görüşlər
beynəlxalq tərəfdaşlıqlarımızı gücləndirməklə yanaşı, həm də ən qabaqcıl təcrübələri
və innovasiyaları ölkəmizə gətirməmizə imkan verəcək. İnanırıq ki, bu dialoqlar
həm Kapital Bank-ın, həm də bütövlükdə Azərbaycanın maliyyə sektorunun qlobal
arenadakı mövqeyini daha da möhkəmləndirəcək”.
Ölkənin
birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük
filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına,
196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk,
Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.