Son günlər sosial şəbəkələrdə "Kristal"ın
"Park Yasamal" layihəsi ilə bağlı yayılan video bir sıra suallar
doğurub. Həmin videoda mənzillərin birində döşəmə səthində əmələ gəlmiş çat
təsvir olunub və bunun tikilinin keyfiyyəti ilə bağlı olduğu barədə yanlış
təəssürat yaradılıb.
Şirkət tərəfindən verilən məlumata görə, videoda əks olunan
görüntülər binanın əsas konstruktiv beton hissəsini deyil, sırf izolyasiya
üzərində vurulmuş qoruyucu qatı əks elətdirir, bu halın binanın təhlükəsizliyi
və dayanıqlığı ilə heç bir əlaqəsi yoxdur. Bu hal tikinti prosesində rast
gəlinə bilən texniki vəziyyətdir və sonrakı mərhələdə tam aradan qaldırılır.
Məsələ ilə bağlı ətraflı məlumat almaq və şirkətin
mühəndisinin verdiyi izahı izləmək üçün videoya keçid edə bilərsiniz:
Videoda aydın şəkildə göründüyü kimi, yayılan görüntülər
hər hansı əsaslı narahatlıq yaratmır. Bu çatlar binanın keyfiyyətinə,
möhkəmliyinə və uzunömürlülüyünə heç bir təsir göstərmir. Layihənin bütün
konstruktiv elementləri beynəlxalq standartlara uyğun inşa olunub və tikinti
prosesi boyunca müvafiq texniki nəzarət tədbirləri ilə təmin edilir.