Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət voleybol millisi III MDB Oyunlarına qalibiyyətlə başlayıb.
Manset.az Report-a istinadən xəbər verir ki, Gəncə İdman Sarayında Qırğızıstanla qarşılaşan yığma 3:0 hesablı qələbəyə sevinib.
Günün ilk görüşündə Rusiya seçməsi Özbəkistanı 3:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, ötən gün Azərbaycanın qızlardan ibarət U-15 kollektivi Tacikistanı 3:0 hesabı ilə məğlub etmişdi.