Oktyabrın 1-dən etibarən bəzi marşut avtobuslarında və metroda gediş haqqı 60 qəpik olub.
Manset.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasına istinadən xəbər verir ki, ictimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün Dövlət Proqramı"nda qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edilib və yeni tariflər təsdiqlənib.
Qərara görə, metro nəqliyyatında, həmçinin müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik müəyyən edilib.
Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.
Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.
Eyni zamanda, tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.
Ölkə ərazisində tarif dəyişikliyi ilkin mərhələdə tətbiq olunan marşrutların | |||
S İ Y A H I S I | |||
Marşrut nömrəsi | Başlanğıc dayanacaq məntəqəsi (A) | Son dayanacaq məntəqəsi (B) | Yeni tarif (qəpik) |
Bakı şəhəri üzrə: | |||
1 | "28 May" m/st (A.Puşkin küç.) | "Neftçilər" m/st (Q.Qarayev pr.) | 60 |
2 | Bakı Beynəlxalq Avtovağzal Kompleksi | "Dərnəgül" m/st (Dərnəgül küç.) | 60 |
3 | "Dərnəgül" m/st (Dərnəgül küç.) | Badamdar qəs. | 60 |
4 | Bakı Ağ şəhər yaş.sah. | Montin yaş. mas. (İ.Hidayətzadə küç.) | 60 |
5 | "N.Nərimanov" m/st (Təbriz küç.) | "20-ci Sahə" dairəsi | 60 |
6 | "Azadlıq pr." m/st (S.S.Axundov küç.) | 20-ci Sahə yaş.mas. (F.Ö.Nemanzadə küç.) | 60 |
10 | Bakı Ağ şəhər yaş.sah. | Yasamal yaşayış kompleksi (MİDA) | 60 |
11 | Dəmiryol vağzalı (S.Rəhimov küç.) | İbrahim Əbilov küç. | 60 |
13 | "Koroğlu" NMM | Bakı Beynəlxalq Avtovağzal Kompleksi | 60 |
14 | "28 May" m/st (A.Puşkin küç.) | Bakı Beynəlxalq Avtovağzal Kompleksi | 60 |
17 | 11 saylı məktəb (Z.Nudirəliyev küç.) | Yeni Yasamal yaş.massivi, (M.Xiyabani küç., Park.) | 60 |
18 | Nizami bağı (Ə.Cavad küç.) | 9-cu mikrorayon (H.Babaşov küç) | 60 |
20 | Qaraçuxur qəsəbəsi | Tibb universiteti | 60 |
21 | "28 May" m/st (A.Puşkin küç.) | "Əhmədli" m/st (M.Hadi küç.) | 60 |
24 | 11 saylı məktəb (Z.Nudirəliyev küç.) | Qaraçuxur qəs. (Neftçilər parkı) | 60 |
30 | Puşkin küç. (28 May m.st) | C.Naxçıvanski küç. | 60 |
32 | "28 May" m/st (A.Puşkin küç.) | Cəmşid Naxçıvanski küç. | 60 |
33 | 28 Mall ticarət mərkəzi | "Dərnəgül" m/st (Dərnəgül küç.) | 60 |
35 | Suraxanı rayonu (mərkəz) | Ramiz Quliyev küçəsi | 60 |
38 | Tibb Universiteti (S.Vurğun küç. ) | Keşlə qəs. (M.Ə.Sabir küç) | 60 |
40 | Sabunçu qəs.,Sabunçu d/st (Ə.Məmmədəliyev küç.) | Günəşli qəs. (İ.İsmayılov küç.) | 60 |
44 | Murtuza Muxtarov adına park | Neftçilər m/st | 60 |
46 | "28 May" m/st (A.Puşkin küç.) | Günəşli qəs. (Əliağa Şıxlinski küç.) | 60 |
57 | Bakıxanov qəs. (Y.Əliyev küç.) | C.Hacıəliyev küç. (zavod) | 60 |
61 | Azadlıq pr. | 9-cu mkr (M.Cəlal küç.) | 60 |
60 | "Koroğlu" NMM | Polad Həşimov k. | 60 |
62 | Sabunçu qəs.,Sabunçu d/st (Ə.Məmmədəliyev küç.) | N.Tusi küç. | 60 |
65 | Azneft dairəsi (Niyazi küç.) | 9-cu mkr (M.Cəlal küç.) | 60 |
72 | Köhnə Günəşli qəs. | Sədərək t/m | 60 |
81 | Köhnə Günəşli qəs. (Əliağa Şıxlinski küç.) | Qaraçuxur qəs. (Y.Eyvazov küç.) | 60 |
88 | "Dərnəgül" m/st (Dərnəgül küç.) | "20-ci Sahə" dairəsi | 60 |
104 | "H.Aslanov" m/st (M.Hadi küç.) | Yeni Suraxanı qəs. (Zeytunluq adlanan ərazi,14 İyul küç.) | 60 |
105 | Balaxanı qəs. | C.Naxçıvanski küç. | 60 |
120 | Hövsan yaş.komp. | "28 May" m/st (A.Puşkin küç.) | 70 |
125 | "28 May" m/st (A.Puşkin küç.) | Lökbatan qəs. (Nizami küç.) | 70 |
130 | "20 Yanvar" m/st (Moskva pr.) | Lökbatan qəs. | 65 |
133 | Binəqədi qəs.(A.İsfəhani küç) | "Gənclik" m/st (F.X.Xoyski küç.) | 60 |
139 | "Koroğlu" NMM | Savalan yaş. mas. (28 №-li məktəb) | 65 |
140 | Şüvəlan qəs. (Dəniz Kənarı küçə) | "Koroğlu" NMM | 70 |
147 | Məmmədli qəs. | "Azadlıq pr." m/st (S.S.Axundov küç.) | 60 |
149 | "Sahil" m/st (Z.Əliyeva küç.) | Sahil qəs. | 80 |
150 | Bilgəh q. | "Koroğlu" NMM | 80 |
150E | "Koroğlu" NMM | Sea Breeze yaşayış kompleksi | 90 |
163 | "Koroğlu" NMM | Ramana Yeni yaşayış kompleksi | 65 |
165 | Mehdiabad qəs., Qarant yaş.,kom. | A.M.Şərifzadə küç. | 60 |
172 | "Koroğlu" NMM | Bilgəh qəs. | 65 |
189 | "Koroğlu" NMM | Nardaran qəs., Məscid (M.F.Axundov küç.) | 65 |
205 | "Nəsimi" m/st | Abşeron ticarət mərkəzi | 60 |
211 | 11 saylı məktəb (Z.Nudirəliyev küç.) | Abşeron ticarət mərkəzi | 65 |
217 | Məmmədli kəndi | "Koroğlu" NMM | 65 |
108A | "Azadlıq pr." m/st (S.S.Axundov küç.) | Fatmayı bağları | 65 |
120E | Hövsan qəs. | "28 May" m/st | 90 |
121E | Hövsan qəs. (Hövsan yaş,komp. MİDA) | "Əhmədli" m/st (M.Hadi küç.) | 80 |
140E | Mərdəkan qəs. | "Koroğlu" NMM | 90 |
141E | "Koroğlu" NMM | Xaşaxuna bağları | 70 |
7A | Bakı Beynəlxalq Avtovağzal Kompleksi | Gəncə pr. | 60 |
7B | "Koroğlu" NMM | Yasamal yaşayış kompleksi (MİDA) | 60 |
88A | Azadlıq prospekti m/st | Bakı Ağ Şəhər | 60 |
E1 | Xalqlar Dostluğu m/st | Abşeron ticarət mərkəzi | 80 |
M8 | "Gənclik" m/st (Ə.Ağaoğlu küç.) | Maştağa qəs. (Abşeron küç,) | 65 |
Bakı-Sumqayıt və Bakı-Abşeron marşrutları üzrə: | |||
157 | Bakı Beynəlxalq Avtovağzal Kompleksi | Sulutəpə qəs. | 60 |
158 | Xocəsən qəsəbəsi | Memar Əcəmi m.st. | 60 |
503 | Sumqayıt şəhəri | Bakı Beynəlxalq Avtovağzal Kompleksi | 80 |
508 | 20 Yanvar m/st | Saray qəs. | 65 |
Gəncə şəhəri üzrə: | |||
1 | Gəncə Dəmiryol vağzalı | Yeni Gəncə (28 May pr.) | 60 |
2 | Heydər Əliyev pr.-Şah İsmayıl Xətai pr.-Dədə Qorqud küç. | 60 | |
3 | Yeni Gəncə (28 May pr.) | Cümhuriyyət pr. | 60 |
4 | İmamzadə türbəsi | Cümhuriyyət pr. | 60 |
5 | Yusif Məmmədəliyev küç. | Vidadi Qocayev küç. | 60 |
6 | Şıxzamanlı qəs. | Şıxzamanlı qəs. | 60 |
7 | Poçt qəs. | Şəhidlər Xiyabanı (R20 Gəncə-Daşkəsən avt. yolu.) | 60 |
8 | Zaur İsmayılov küç. | Dəmiryol deposu (Zaur İsmayılov küç. | 60 |
9 | Təbriz küç. | Kəlbəcər qaçqın şəhərciyi | 60 |
10 | Poçt qəs. | Poçt qəs. | 60 |
11 | Məhsəti qəs.(H.Verdiyev küç.) | Kəlbəcər qaçqın şəhərciyi | 60 |
12 | Gəncə Dəmiryol vağzalı. | 1 nömrəli şəhər xəstəxanası | 60 |
13 | Gəncə Beynəlxalq Avtovağzalı (Şəmkir istiqamətində) | Gəncə Avtovağzalı (Yevlax istiqamətində) | 60 |
14 | Qızılqaya qəs. (Aydın Nəbiyev küç.) | N.Nərimanov küç. (Parkın ətrafı) | 60 |
15 | Mərkəzi Klinika Gəncə Xəstəxanası | Gəncə Avtovağzalı (Yevlax istiqamətində) | 60 |
16 | Məhsəti qəs. (Ələkbər bəy Xasməmmədov küç.) | Gəncə Avtovağzalı (Yevlax istiqamətində) | 60 |
17 | Mərkəzi Klinika Gəncə Xəstəxanası | İ.Kazımov küç. (Çəngəl-Bıçaq zavodu) | 60 |
18 | N.Nərimanov küç. (Parkın ətrafı) | Cavadxan qəs. (Kərim bəy Mehmandarov küç.) | 60 |
19 | Vidadi Qocayev küç. | Vidadi Qocayev küç. - Grand bazar | 60 |
20 | Ə.Xəqani küç. (Hərbi hissə) | N.Nərimanov küç. (Parkın ətrafı) | 60 |
G1 | Göygöl şəhər Mərkəzi Xəstəxanası | N.Nərimanov küç. (Parkın ətrafı) | 60 |
G2 | Göygöl Avtostansiyası | N.Nərimanov küç. (Parkın ətrafı) | 60 |
Digər şəhər və marşrutlarda bu mərhələdə qiymət dəyişikliyi tətbiq edilməyəcək.