İnnovasiya və sürət
lideri “Bakcell”in tərəfdaşı olduğu “INMerge” İnnovasiya Sammiti uğurla davam
edir.
Tədbirin ilk günündə “Bakcell”in “Telekom” vertikalında şirkətin baş icraçı
direktoru Klaus Müller “FinTex və telekommunikasiya sahələri arasında sinerji”
mövzusunda panel müzakirəsində iştirak edib. “Özbəkistan Respublikasının Fintex
Assosiasiyası”nın inkişaf üzrə rəhbəri və idarə heyətinin sədri Nargis
Dustmatovanın moderatorluğu ilə keçirilən tədbirə Klaus Müller ilə yanaşı,
“Birbank”ın gündəlik bank ofisinin rəhbəri Zakir Xanməmmədov, “Freedom Telecom
International”ın baş icraçı direktoru Yohannes Hummer və “GoldenPay”ın baş
icraçı direktoru Eynar Abdullayev qatılıb.
Paneldə çıxış zamanı Klaus Müller “Bakcell”in innovativ biznes yanaşması, süni
intellekt və rəqəmsal həllərin məhsul və xidmətlərdə tətbiqi barədə ətraflı məlumat
verib. O, xüsusilə “Bakcell”in ölkənin ilk rəqəmsal bankı “Birbank” ilə tərəfdaşlığını
vurğulayaraq, bu əməkdaşlığın innovasiyaya əsaslanan və yüksək funksionallığa
malik xidmət modelinin formalaşmasına imkan yaratdığını qeyd edib. Bu tərəfdaşlıq
çərçivəsində reallaşdırılan təşəbbüslərin Azərbaycanın innovasiya və rəqəmsal
maliyyə xidmətləri ekosistemində yeni yanaşma gətirdiyi bildirilib. Sessiyada,
həmçinin böyük məlumatların və süni intellekt modellərinin tətbiqinin hər iki
sahənin inteqrasiyasına əlavə dəyər qatacağı vurğulanıb.
“Bakcell” təqdim etdiyi innovasiya və süni intellekt əsaslı həllərlə Azərbaycanın
rəqəmsal transformasiya və texnologiya ekosisteminin inkişafı istiqamətində dayanıqlı
fəaliyyətini davam etdirir.
"Bakcell" Azərbaycanın ilk və ən
böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini
yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə
iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan
"Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın
dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə
telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət
göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə
daxildir.