Azərbaycanın ən böyük texnologiya tədbirlərindən
biri olan “INMerge” İnnovasiya Sammiti (INMerge
Innovation Summit) “Paşa Holding”in təşkilatçılığı və Bir ekosisteminin
sponsorluğu ilə uğurla başa çatdı. 29-30 sentyabr 2025-ci il tarixlərində baş
tutan tədbir Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan
korporasiyalar, investorlar, startaplar və ekosistem oyunçularını bir araya
gətirərək regional innovasiya mühiti üçün əhəmiyyətli platforma oldu.
Sammitin açılış mərasimində İqtisadiyyat naziri
Mikayıl Cabbarov və Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev çıxış
etdilər. Mikayıl Cabbarov texnologiya və kreativliyin yeni inkişaf yolları
açdığını vurğulayaraq son 20 ildə Azərbaycana cəlb edilən 344 milyard dollardan
çox sərmayənin 210 milyard dollardan çoxunun qeyri-neft sektoruna yönəldiyini vurğuladı.
“Paşa Holding”in Baş İcraçı direktoru Cəlal Qasımov isə tədbiri Mərkəzi
Avrasiyanın aparıcı innovasiya forumu adlandıraraq onun regional əhəmiyyətini
qeyd etdi.
5000-dən çox iştirakçı, 150 spiker, 100 startap və
80-dən artıq vençur fondun qatıldığı tədbirdə “Pixar”ın qurucusu Edwin Catmull,
“OpenAI”ın keçmiş “Go-To-Market” rəhbəri Zack Kass və Harvard professoru Tarun
Khanna kimi qlobal liderlər panel müzakirələrində iştirak etdilər.
Qeyd edək ki, Bir ekosistemi sammitdə öz brendləri
olan Birbank, Birmarket, m10 və Trendyol Azərbaycan ilə təmsil olundu. Tədbir
çərçivəsində Bir ekosisteminin Baş İcraçı direktoru Fərid Məmmədov “Keçiddən
transformasiyaya: İnnovasiya və inkişaf üçün institutlar quran liderlərin
yetişdirilməsi” (From Transition to Transformation: Developing Leaders Who
Build Institutions for Innovation and Growth) adlı panel müzakirəsində çıxış
etdi. Müzakirədə liderlərin üzləşdiyi çətinliklər və davamlı öyrənmənin
zərurəti vurğulandı. O, həmçinin “Şirkətlər liderlər yaradır, yoxsa liderlər
şirkətləri formalaşdırır?” sualına toxunaraq bu münasibətin dinamik və ikitərəfli
bir proses olduğunu ifadə etdi.
Birbank-ın
Baş İcraçı direktoru Fərid Hüseynov da tədbirin ilk günündə “Bankçılıqdan daha
çoxu: İnkişaf edən fintex ekosisteminin formalaşdırılması” (Beyond the bank:
Growing a thriving fintech ecosystem) adlı panel müzakirəsində iştirak etdi. O,
bankçılığın gələcəyi, fintex ekosisteminin inkişafı və rəqəmsal
transformasiyanın vacibliyi barədə dəyərli fikirlərini bölüşdü.
Tədbir iştirakçılar üçün qazanılan biliklər, fikir
mübadiləsi, yeni tanışlıqlarla yadda qaldı.
Bir ekosistem ölkənin aparıcı brendləri olan
Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir.
Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji
tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də
müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər
partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də
Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank
taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər
yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas
konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması
üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət
təqdim edir.