Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinə yeni rəis müavini təyin edilib.
Manset.az Valyuta.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə, Aydın Uruxov sözügedən idarənin rəis müavini təyin olunub.
Qeyd edək ki, Aydın Uruxov bundan əvvəl Balakən Gömrük İdarəsinin Mazımqara gömrük postunun əməkdaşı kimi çalışıb.