Oktyabrın 3-ü, saat 17:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə əlaqədar müraciət daxil olub.
Manset.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verib.
Bildirilib ki, müraciətlə əlaqədar çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub:
"Təcili tibbi yardım briqadası tərəfindən sabiq nazirin həkiməqədər ölüm faktı qeydə alınıb".