Oqtay Şirəliyevlə Təzəpir məscidində vida mərasimi keçirilir.
Manset.az xəbər verir ki, mərasimdə mərhumun yaxınları, Səhiyyə Nazirliyi, TƏBİB rəhbərliyi, dövlət və ictimai xadimlər, şəhər sakinləri iştirak edirlər.
Qeyd edək ki, O.Şirəliyev 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib. O, 2005-2021-ci illərdə səhiyyə naziri olub.
***
Ötən gün vəfat edən Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev Yasamalda “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Manset.az xəbər verir ki, mərhumun cənazəsi Təzəpir məscidindən götürüləcək.
Qeyd edək ki, O.Şirəliyev 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib. O, 2005-2021-ci illərdə səhiyyə naziri olub.