Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.
Manset.az ölkə.az-a istinadən xəbər verir ki, polkovnik-leytenant Ramin Ələkbərov dünyasını dəyişib.
Belə ki, o, dekabrın 16-da gecə saatlarında ağciyər arteriyasının tromb emboliyasından vəfat edib.
Müdafiə Nazirliyindən faktı Ölkə.Az-a təsdiqləyiblər.
Həmçinin Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən zabitin ailəsinə və yaxınlarına başsağlığı verib.