“Kristal”ın “Park Yasamal” layihəsində mənzil satışları 15%-dən başlayan ilkin
ödənişlə davam edir.
Bu layihədən mənzil almaq istəyənlər üçün müxtəlif ölçüyə və plana malik mənzil seçimləri mövcuddur. Şərtlər sadə, seçim isə müxtəlifdir. Məsələn, 2 otaq studiya, 42,49 m² mənzilə cəmi 18 165 manat, 2 otaq, 55,54 m² mənzil üçün isə 22 078 manat ilkin ödəniş kifayətdir. Daha yüksək kvadratlı mənzillər üçün də sərfəli şərtlər mövcuddur.
Kompleksdə hazır və inşası davam
edən binalarda 37,86 m²-dən 120,47 m²-ə qədər 2, 3, 4 otaqlı və studiya tipli
mənzillər də satışdadır.
“Park Yasamal” yaşayış kompleksi Yasamal rayonunda, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə yaxın, əsas yollara rahat çıxışı olan əlverişli ərazidə yerləşir. Burada şəhərin dinamik həyatı ilə təbiətin sakitliyini bir arada yaşamaq mümkündür.
Böyük bir kompleksin davamı olaraq
inşa edilən “Park Yasamal”da sakinlərin gündəlik həyatda ehtiyac duyduğu hər
şey bir aradadır: 5 hektarlıq yaşıllıq ərazini əhatə edən geniş park, gölətrafı
bulvar, kompleks daxilində fəaliyyət göstərəcək məktəb və bağça, fitnes
mərkəzi, xəstəxana, supermarketlər və müxtəlif iaşə obyektləri sakinlərin
həyatını daha rahat və balanslı edəcək.
Binaların memarlıq görünüşündə estetik detallar qədər sakinlərin komfortu və enerji qənaəti də əsas önəmdə tutulub. “Park Yasamal”da istifadə olunan daş yunu izolyasiyası mənzillərdə həm yayda sərinlik, həm qışda istilik saxlayaraq optimal temperaturu qoruyur və enerji itkisini minimuma endirir. Bu da sakinlərə kommunal xərclərə qənaət imkanı yaradır.
Bundan əlavə, burada səs-küy problemi də aradan qaldırılıb: mənzillər arası divarlar və döşəmə-tavan arası xüsusi izolyasiya materialı ilə işlənilir, beləliklə, səs keçiricilik demək olar ki, sıfıra endirilir. Həmçinin, qapalı avtodayanacaqda hər bir mənzil sahibi üçün ayrıca yer nəzərdə tutulub.
Kompleksdəki bütün mənzillər tam
təmirli təhvil verilir. Təmir zamanı beynəlxalq keyfiyyət standartlarına cavab
verən Avropa brendlərindən istifadə edilir. Mənzilləri nağd və ya 15%-dən başlayan ilkin ödənişlə 20
ilədək ipoteka krediti ilə əldə edə bilərsiniz. Layihənin satış ofisinə
yaxınlaşmaqla mənzillərlə və satış şərtləri ilə yerindəcə tanış ola bilərsiniz.
Ətraflı: *1544
Ünvan: Bakı şəhəri, Yasamal rayonu,
Müstəqillik küçəsi (3 saylı Bakı "ASAN Xidmət" mərkəzinin arxası)