ETX-dən kiberhücumlarla bağlı vətəndaşlara MÜRACİƏT

19:54 - 10 Oktyabr 2025

ETX-dən kiberhücumlarla bağlı vətəndaşlara MÜRACİƏT

Elektron Təhlükəsizlik Xidməti (ETX) haktivist qrupların kiberhücumları ilə bağlı internet istifadəçilərinə müraciət edib.


Manset.az xəbər verir ki, müraciətdə ETX bəzi qrupların kiberməkanda fəallaşması ilə əlaqədar vətəndaşları və təşkilatları kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə və müvafiq tədbirləri gücləndirməyə çağırıb.

Qeyd olunub ki, son günlər "Red Wolf Cyber" və "Hazi Rash" adlı haktivist qrupları müxtəlif internet resurslarına qarşı DDoS hücumları həyata keçirib. Nəticədə bəzi internet səhifələrinin fəaliyyətində qısamüddətli fasilə yaranıb.

"Bu hücumların məqsədi veb-resursların əlçatanlığını məhdudlaşdırmaq və insanlar arasında çaşqınlıq yaratmaqdır", - müraciətdə qeyd edilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az