Masazırın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.
Manset.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədilə Abşeron rayonu Masazır qəsəbəsinin elektrik şəbəkəsində təmir-bərpa işləri həyata keçiriləcək. Görüləcək işlərlə əlaqəli olaraq 11 oktyabr 2025-ci il tarixində saat 10:00-dan 16:00-dək Masazır qəsəbəsində yerləşən İlyas Bayramov, Mübariz İbrahimov, Salatın Əsgərova, Əli Mustafayev, Hakim Abbasov, Murtuza Muxtarov, İstiqlal, Ağaxan Abdullayev küçələri, eləcə də Zəngilan şəhərciyi, "Rahat Nəfəs", "4 Qardaş" MTK, "PARK Salori", "AAAGF" MTK, "Viktoriya" MTK və "Məzunlar Evi" yaşayış sahələri üzrə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Qeyd edilib ki, təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilər daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.